Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Primeinfo.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
TƏBİB hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına və Uşaq Xəstəxana 4 nəfər (2 kişi, 2 qadın) hospitalizasiya olunub:
“Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.