Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ölkədə “Rus Evi” bağlanır

28.10.2025 17:37


Moldova Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi ölkədə “Rus Evi”ni bağlamaq üçün bütün sənədləri hazırlayıb.

Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Moldova 1” telekanalı bildirib.

Məlumata görə, sənədlər yeni hökumət formalaşdırıldıqdan sonra təsdiq ediləcək.

“Mərkəzin əsasında fəaliyyət göstərdiyi saziş 1998-ci ildə iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri tərəfindən imzalanıb. XİN və Mədəniyyət Nazirliyindən olan həmkarlarımız bu sazişin müddətinin uzadılmaması üçün bütün zəruri materialları hazırlayıblar” – Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy deyib.

Moldovalı nazirin sözlərinə görə, prosedur tamamlandıqdan sonra sazişin müddətinin avtomatik uzadılmasını dayandırmaq üçün Rusiya tərəfi məlumatlandırılacaq.

Xatırladaq ki, Moldova XİN bu ilin fevralında mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı Rusiya ilə imzalanmış sazişdən çıxdığını bəyan edib.

Paylaş: