
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycana gəlib.
Primeinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib. Ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.














