Xəbər axtarın

Son axtarış nəticələri:

Daha bir cüdoçumuz Avropa çempionatının qalibi olub

01.11.2025 21:35

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Primeinfo.az xəbər verir ki, o, finalda polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

Paylaş: