Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Avropa zonası üzrə pley-off cütlükləri müəyyənləşdi

20.11.2025 17:18

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Primeinfo.az-ın məlumatına görə, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub.

Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.

A yolu

İtaliya – Şimali İrlandiya

Uels – Bosniya və Herseqovina

B yolu

Ukrayna – İsveç

Polşa – Albaniya

C yolu

Türkiyə – Rumıniya

Slovakiya – Kosovo

D yolu

Danimarka – Şimali Makedoniya

Çexiya – İrlandiya

Bundan əlavə, qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya – Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya – Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.

Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

 

Paylaş: