Xəbər axtarın

Son axtarış nəticələri:

Dörd günlük tətil başlayıb

08.11.2025 10:19

Bu gündən dörd günlük tətil başlayıb.

Primeinfo.az-ın xəbərinə görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Paylaş: