
Dövlət və hökumət rəsmiləri ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
Primeinfo.az xəbər verir ki, onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, Daxili İşlər Nazirliyinin şəxsi heyəti, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri olub.
Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.





































