
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti icra edib.
Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.
Onlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.
Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır.
Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

İslam Rzayev