
“Başqasının inancına dil uzatmaq, onu təhqir etmək əxlaqsızlıq və cinayətdir. Amma eyni zamanda, namaz qılmayan, yeyib-içən adamı təhqir etmək də cinayətdir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun fikrincə, insanların dinə inanıb-inanmamaq kimi bir seçimi var və heç kim buna qarışa bilməz:
“Mən çağırmıram ki, bütün telekanallarda dini verilişlər olsun, hamımız namaz qılaq – xeyr! İnsanın ateist, deist olmaq, heç bir tanrıya inanmamaq hüququ var. Kimsə bunu ona irad tutmaq hüququna malik deyil. Olmaz! Azərbaycanda din dövlətdən ayrıdır. Amma Azərbaycanda dövlət vətəndaşdan ayrı deyil. Heç kimin ixtiyarı yoxdur ki, hicab bağlayana, namaz qılana dil uzatsın, ələ salsın”.