
“Müəllim şagirdə “siz” deyə müraciət etməlidir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun fikrincə, Azərbaycanın əksər orta məktəblərində sanki “gestapo rejimi” hökm sürür:
“Müəllim girir sinfə, şagirdlərə “sakit olun, oturun, durun!” əmri verir. Sanki məktəb “gestapo”dur. Olmaz belə! Müəllim öz şagirdinə, tələbəsinə, yetişməkdə olan vətəndaşa “sən” deyə müraciət etdikcə, hörməti olmayacaq. Müəllim öz şagirdinə, tələbəsinə “siz” deyə müraciət etməlidir, ona şəxsiyyət kimi baxmalıdır. Yaşın fərqi yoxdur. Müəllim-tələbə arasında tam demokratik ünsiyyət olmalıdır”, deyə, siyasi şərhçi vurğulayıb.
Elçin Alıoğlu orta məktəblərdə pul yığılması hallarından da söz açıb.