Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Əsədovdan Maliyyə Nazirliyinə aid qurumlarla bağlı yeni QƏRAR

01.12.2025 18:14

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

Primeinfo.az.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nazirliyə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC siyahıya daxil edilib.

Xatırladaq ki, “Rəqəmsal Maliyyə Mərkəzi” 2005-ci ildən fəaliyyət göstərən “Məlumat Hesablama Mərkəzi”nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 min manatdır.

Paylaş: