
“Heç kimə sirr deyil ki, Azərbaycan son 30 ildə normal parlament seçkiləri keçirə bilməyib”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O bunu Rusiyanın uzun illər Azərbaycanda agent fəaliyyəti ilə məşğul olan “5-ci kolon”u ilə əlaqələndirib:
“Azərbaycanda bəzi məmurları vəzifəyə Rusiya gətirir və onlar da Rusiyaya xidmət edirlər. O xətti kəsmək lazımdır. Elə bir mexanizm yaratmaq lazımdır ki, artıq Rusiya Azərbaycanda öz adamlarını vəzifəyə qoya bilməsin. Dövlətimizin vacib məqamlarını onlar müəyyənləşdirməsinlər. Biz öz parlamentimizi özümüz seçək”, – o, vurğulayıb.
Əli Mustafanın bu və digər mövzularla bağlı ətraflı şərhi ilə “Qırmızı masa”da tanış ola bilərsiniz.