
“ATƏT-in Minsk qrupunun bağlanması qərarı Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Xarici İşlər Nazirləri Şurasının bu gün Vyanada keçirilən 32-ci iclasında deyib.
“Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət dinamika müşahidə olunur. Avqust ayında ATƏT-in Minsk qrupu və onunla əlaqəli qurumların bağlanması ilə bağlı qərar qəbul etdik. Bu sülhə sülh prosesini dəstəkləyən həyati addım idi və ATƏT-in büdcəsinin qəbulunda əsas maneənin aradan qaldırılması idi”, – ATƏT sədri vurğulayıb.
Qeyd edək ki, ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.