
“İranda real islahatların aparılması yalnız hakimiyyət dəyişikliyi ilə mümkündür”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində deyib.
Siyasi şərhçi bildirib ki, İran 70-ci illərin əvvəllərindən bu günə qədər eyni rejim və eyni idarəetmə sistemi ilə yaşayır. Onun sözlərinə görə, bu idarəçilik ölkəni hazırda acınacaqlı vəziyyətə gətirib çıxarıb.
Fikrət Yusifovun vurğuladığına görə, İran praktiki olaraq dünyadan təcrid olunmuş şəraitdə mövcuddur:
“Ölkə beynəlxalq bank-maliyyə sistemindən, qlobal iqtisadi əlaqələrdən kənarda qalıb. Bu vəziyyətin nə qədər davam edə biləcəyi ciddi sual altındadır”.
Keçmiş nazir həmçinin İranın hazırda üzləşdiyi kəskin su qıtlığına diqqət çəkib. Onun sözlərinə görə, bu böhran illərdir formalaşan sistemsiz idarəetmənin nəticəsidir:
“Dövlətin aidiyyəti qurumları görmürdülər ki, ölkənin su ehtiyatları ildən-ilə azalır? Bu proses göz önündə baş verirdi. Lakin problemin həllinə lazımi vəsait ayrılmadığı üçün vəziyyət hər il daha da ağırlaşıb”.
F.Yusifov hesab edir ki, mövcud siyasi və iqtisadi böhranlardan çıxış yalnız köklü dəyişikliklərlə, yəni hakimiyyət transformasiyası ilə mümkündür.
Daha ətraflı “Qırmızı masa”da: