
“Bizdə olan məlumata görə, Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir. Hətta xanımı və qızının İrəvanda böyük obyektlərinin olması barədə informasiyalar var”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib.
“Hətta işğal dövründə belə Ramiz Mehdiyevin xanımı və qızı mütəmadi olaraq Gürcüstan vasitəsilə İrəvana gediblər, orada istirahət ediblər. Bu xətt özü də kifayət qədər ciddidir.
Bundan başqa, Mehdiyevin öz kökündə də qaranlıq məqamlar var. Onun qanını təmiz görmürəm. Çünki qanında Türk qanı olan şəxs öz xalqına, dövlətinə qarşı belə hərəkətlər etməz. Yəqin ki, istintaqda bütün bunlar araşdırılacaq” – deyə, Fikrət Yusifov bildirib.