
“Fuad Nəcəfli son günə qədər tutduğu vəzifənin əhəmiyyətini və məsuliyyətini dərk edə bilmədi. Onun ən böyük problemi milli, vətənpərvər, qabiliyyətli kadrları vəzifədən uzaqlaşdırmaq oldu. Naxçıvanda hamıya “Vasif Talıbovun adamı” damğasını vurub, ləkələdi”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Tural Səfər Prime TV-nin “Qırmızı Masa” verilişində bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi işləyən və bir müddət öncə işdən azad edilən Fuad Nəcəfli vəzifəsindən sui-istifadə edib:
“Fuad Nəcəfli ümummilli lider Heydər Əliyevin təhsil aldığı Naxçıvan Pedaqoji Texnikumunun binasını söküb, yerində otel tikmək istəyirdi. Xalça muzeyinin çox gözəl, möhkəm bir binası vardı. Sökdürdü ki, guya otel tikəcəklər, 2 ildir boş qalıb. Bundan başqa, Möminə Xatun məqbərəsinin yanında yarımçıq tikili vardı. Dedilər ki, transformator yarımstansiyası tikilir. Sonra məlum oldu ki, türbənin düz qabağında tualet tikiblər”.