Xəbər axtarın

Son axtarış nəticələri:

“Gelin takımı 2” Türk romantik komediyası Bakıda - VİDEO

27.10.2025 13:19

“CineMastercard” kinoteatrlar şəbəkəsində “Gelin takımı” populyar türk komediyasının çox gözlənilən davamı nümayiş olunur.

Primeinfo.az-a kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, “Gelin takımı 2” bir zamanlar ayrılmaz olan dörd dostun hekayəsindən bəhs edir. Film boyunca onlar gözlənilməz hadisələr, əyləncəli vəziyyətlər və dostluqla sevgi sınaqları ilə üzləşirlər. İllər keçdikcə onların həyatı dəyişir və qarşılaşdıqları çətinliklər münasibətlərini sarsıdır, dostlar bir-birindən uzaqlaşmağa başlayır və emosional əlaqənin vacibliyini unudurlar.

“Canlı atmosferi, xarizmatik qəhrəmanları və rəngarəng səhnələri ilə film tamaşaçılar üçün həqiqi kino bayramına çevrilir”, – məlumatda bildirilir.

Filmin rejissoru uğurlu romantik komediyaları ilə tanınan Doğa Can Anafarta yenidən möhtəşəm aktyor heyətini bir araya gətirib. Seda Bakan, Şebnem Bozoklu, Ecem Erkek və Nilperi Şahinkaya rollarına qayıdır və tamaşaçılara daha çox gülüş, duyğu və ilham bəxş edirlər.

Onlara Ayşenil Şamlıoğlu, Mehmet Günsür, Emrah Altıntorpak və Fırat Çelik kimi tanınmış aktyorlar da qoşulub.

Qeyd edək ki, “Gelin Takımı 2” filmini yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində izləmək mümkündür.

 

 

 

Paylaş: