Xəbər axtarın

Son axtarış nəticələri:

Gəmilərə güclü küləklə bağlı - XƏBƏRDARLIQ

28.10.2025 18:57

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. 

Bu barədə Primeinfo.az-a Agentlikdən bildirilib. 

Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək. 

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. 

Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m. çatacağı proqnozlaşdırılır. 

 

Paylaş: