Xəbər axtarın

Son axtarış nəticələri:

Gülnarə Cəfərin Londonda sərgisi açılıb - FOTO

24.11.2025 12:13

Londonun Müqəddəs Endrü kilsəsinin ekspozisiya salonunda azərbaycanlı rəssam Gülnarə Cəfərin əsərlərindən ibarət “Yeddi gözəllik” adlı sərgi açılıb.

Primeinfo.az xəbər verir ki, Nizami Gəncəvinin “7 gözəl” poemasına həsr edilən sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi əsərlər nümayiş olunur.

Azərbaycanın çağdaş rəssamlıq sənətinin tanınan isimlərindən olan Gülnarə Cəfər açılışdakı çıxışında Nizami Gəncəvi yaradıcılığının zamansızlığından, 9 əsrə yaxındır dünya fəlsəfə, ədəbiyyat, incəsənət əsərlərinə təsirindən danışıb.

Onun sözlərinə görə, hər bir rəsm əsəri rəssamın aid olduğu kültürün dərinliyinə yolçuluğudur:”Biz bu sərgi ilə London ictimaiyyətini Azərbaycan rəssamlıq sənətinin çağdaş nümunələrilə yanaşı milli mədəniyyətimizin zənginliyini çatdırmağa çalışmışıq”.

Açılış mərasimi eyni zamanda incəsənət, rəssamlıq sənəti mirasının gələcəyə daşınması yolları haqqında maraqlı müzakirələrlə yadda qalıb.

 

 

Paylaş: