Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: “Trampın siyasəti Türkiyənin maraqları ilə üst-üstə düşür”

06.12.2025 13:58


“Dolald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü “Doha Forumu”nda çıxışı zamanı səsləndirib.

Nazir, Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik. Ukraynada, eləcə də Qəzzada vəziyyət gərgin olaraq qalır.

Suriyada isə proseslər müəyyən qədər yoluna düşməyə başlayıb.

Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Biz birinci növbədə Ukraynada atəşkəs istədik. Yaşananlardan çox ağır dərslər çıxardıq.

Regionumuzda baş verən hadisələrdə vasitəçilik etməklə insanların üzləşdiyi çətinlikləri yüngülləşdirmiş oluruq”, – deyə Hakan Fidan qeyd edib.

Paylaş: