Xəbər axtarın

Son axtarış nəticələri:

HƏMAS meyitləri vermədiyi üçün İsrail Qəzzaya yardımları azaldır  

14.10.2025 20:17

İsrail Qəzzaya daxil olan humanitar yardımların sayını azaltmağı qərara alıb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Misir və Qəzza arasında olan sərhəd keçid məntəqəsi də bağlı saxlanılacaq.

İsrailin bu qərarının səbəbinin, HƏMAS-ın bütün girovların meyitlərini təhvil verməməsi olduğu bildirilib.

Qərarın nə qədər qüvvədə qalacağı məlum deyil.

Qeyd edək ki, bundan əvvəl HƏMAS bütün meyitlərin qaytarılmasının müəyyən vaxt apara biləcəyini bəyan etmişdi.

Təşkilatın sözlərinə görə, meyitlərin basdırıldığı yerlər dağıntılar nəticəsində itib və onları tapmaq çətinləşib.

 

Paylaş: