Xəbər axtarın

Son axtarış nəticələri:

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı

29.10.2025 21:10

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım edib.

“Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir”, – paylaşımda qeyd olunub.

Paylaş: