Xəbər axtarın

Son axtarış nəticələri:

Heydər Oğuz: “Şəkər xəstələri dərman üçün qapılarda sürünür” - VİDEO

31.10.2025 16:03

“Azərbaycanda şəkər xəstələri dərman almaq üçün qapılarda sürünür. Bir neçə mərhələdən keçəndən sonra dərmanı alır. Belə şey olmaz ki…”

Primeinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O hesab edir ki, səhiyyə sahəsində şəkərli diabet xəstələrinin dərman təminatının yaxşılaşdırılması məqsədilə tətbiq edilən yeni qaydalar süründürməçilikdən başqa bir şey deyil:

“Mən şəkər xəstəsiyəm. Əvvəllər dərmanları birbaşa həkimdən alırdım. Amma indi poliklinikaya getməliyəm, orada TƏBİB-dən qeydiyyatdan keçməliyəm və arayış almalıyam. Ondan sonra getməliyəm həkimin yanına, o mənə dərmanı yazmalıdır. Daha sonra qalxmalıyam baş həkimin yanına ki, resepti möhürləsin. Sonra da getməliyəm aptekə, həmin kağızı verib, dərmanı almalıyam.

Görün, prosesi nə qədər mürəkkəbləşdiriblər?

Paylaş: