Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

07.12.2025 10:36

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Primeinfo.az-ın xəbərinə görə, Prezidentin köməkçisi bu barədə X-da paylaşım edib.

“Uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik”, – deyə Hikmət Hacıyev qeyd edib.

Paylaş: