
“Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək”.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today” və jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır:
“Bakı Avropa İttifaqını bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görməyə şad olar”.
Prezident İlham Əliyev daha əvvəl bildirib ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonuna qədər açıla bilər. Dəhlizin ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.