Xəbər axtarın

Son axtarış nəticələri:

"İnter" argentinalı futbolçuya 58 milyon avro təklif edir

25.10.2025 13:02


İtaliyanın “İnter” klubu “Komo”da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir.

Primeinfo.az xəbər verir ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır.

Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Niko Pasın hüquqlarının 50 faizi İspaniyanın “Real” klubuna məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var. Yarımmüdafiəçinin “Komo” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, cari mövsümdə Pas bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Paylaş: