Xəbər axtarın

Son axtarış nəticələri:

İranda fabrikdə partlayış baş verdi: 9 nəfər həlak olub

15.12.2025 22:48

İranın İsfahan əyalətində fabriklərin birində baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub.

Primeinfo.az İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş bildirib.

O deyib ki, yanğın Barhur şəhərindəki Dövlətabad Sənaye Parkında yerləşən elektronika istehsalı fabrikində qeydə alınıb.

Şişaforuş vurğulayıb ki, hadisə nəticəsində sənaye zavodunda doqquz işçi qaz zəhərlənməsindən ölüb və xilasetmə işləri uğursuz olub.

1 700 hektarlıq ərazini əhatə edən Dövlətabad Sənaye Parkı İsfahanın şimalında yerləşir və ölkənin ən böyük sənaye parklarından biridir.

Paylaş: