
İranda ötən həftənin əvvəllərindən başlayan etiraz aksiyaları davam edir.
Primeinfo.az xəbər verir ki, Tehranda alovlanan iğtişaşlar sonradan ölkənin digər böyük şəhərlərinə yayılıb, 25 vilayətdə 60-dan çox şəhəri əhatə edib. Əsasən farsdilli şəhərlərin əhalisi qiymət artımı, devalvasiya və iqtisadi böhranla bağlı etiraz edərək, hökumətdən tədbir görməsini tələb edir.
Bəs bu etirazların kökündə nə dayanır?
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin “biz İranda hakimiyyəti ələ alacağıq” çağırışı nə ilə nəticələnəcək?
İranda baş verən hadisələri Prime TV-nin “Qırmızı Masa” verilişində şərh edən tədqiqatçı-alim Nazir Əhmədli Rza Pəvləvinin hakimiyyətə gələcəyini qətiyyən mümkün hesab etmir:

“Amerika Rza Pəhləvini hazırlayıb, bəzəyib-düzəyib hakimiyyətə gətirmək istəyir ki, İranın dövlət quruluşunu dəyişsin. Dünyəvi dövlət adı altında özünə marionet hökumət qursun. İranın təbii sərvətlərini istismar etsin.
İran türkləri bu iğtişaşlara qarışmırlar. Onlar baş verənləri başa düşdüklərinə görə, ABŞ-nin oyununa getmirlər. Çünki Pəvləvinin hakimiyyətə gəlməsini istəmirlər.
Əsas etirazçılar farslardır. Amma onlar da şahın oğlunu taxtda istəmirlər. Ağlı başında olan İranın qeyri-türk əhalisi də bunu qəbul edə bilməz.
Yəni, kənarda hazırlanmış, Amerikanın bütün oyun qaydalarını qəbul etmiş, “Amerikanın canişini” rolunda İrana gətiriləcək adamın orada siyasi dayaqları yoxdur. Həm də artıq sistem dəyişib.
Harada görünüb ki, müstəqil dövlət quruluşundan şahlıq dövlət quruluşuna qayıdılsın? Bu həm də İran xalqı üçün təhqir olar. Bunun qəbul olunacağına inanmıram. Əgər Tramp Venesuelada olduğu kimi qoşunu, tank-topu ilə Rza Pəvləvini gətirib taxtda oturdacaqsa, bu başqa məsələ”.
Davamı “Qırmızı masa”da: