
İrandan Türkiyə istiqamətində buraxılan daha bir raket Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin hava səmasına daxil olan İrandan atılmış ballistik raket Şərqi Aralıq dənizində NATO HHM sistemləri tərəfindən zərərsizləşdirilib.
***
10:23
Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “savunmasanayiST.com” səhifəsi məlumat yayıb.
“Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir”, – deyə, vurğulanıb.
Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.
Qeyd edilib ki, bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.
🔴Bugün saat 03:30’dan itibaren sosyal medyaya yansıyan görüntülerde, Adana hava sahası üzerinde yanarak düşen bazı cisimler olduğu görülüyor.
▪️Bu cisimlerin, İran’dan Türkiye’ye atılan 3’üncü bir balistik füzenin, NATO’ya ait füze savunma sistemleri tarafından imhası sonucu… pic.twitter.com/tvY7HZ5d8b
— SavunmaSanayiST.com (@SavunmaSanayiST) March 13, 2026