Xəbər axtarın

Son axtarış nəticələri:

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb

29.10.2025 12:27

İsrail Hərbi Hava Qüvvələrinin dünən axşamdan etibarən Qəzza şəhərinin bir neçə rayonuna endirdiyi aviazərbələr nəticəsində həlak olan insanların sayı 100-ə çatıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Xatırladaq ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyi” tapşırıb. Qərarın “İsrail ordusunun Qəzza zolağının cənubunda hücuma məruz qalmasından qısa müddət sonra və HAMAS-ın girovların meyitlərinin qaytarılması ilə bağlı növbəti pozuntuları” fonunda verildiyi bildirilib.

Paylaş: