Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbulda zəlzələ: 17 nəfər xəsarət alıb - YENİLƏNİB

02.10.2025 18:03

Bu gün İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.

Primeinfo.az xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.

Qeyd edib ki, onlar qorxudan özlərini binadan ataraq xəsarət alıblar.

 

***

16:19

İstanbulda – Mərmərə dənizində 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi bölgəsidir.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:55-də qeydə alınıb. Yeraltı təkanların ocağı dənizin 6,71 kilometr dərinlikdə olub.

Zəlzələ İstanbul olmaqla bir çox bölgələrdə hiss edilib.

İstanbul valisi Davud Gül zəlzələdən sonra tələfatın qeydə alınmadığını bildirib. Qeyd edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Paylaş: