
İstanbulda “Ulu çölün ruhu – Türk dünyası rəssamları Çingiz Aytmatovu anır” adlı rəsm sərgisinin açılışı və Türk Dünyası Rəssamlar Akademiyasının nişan təqdimi mərasimi keçirilib.
Türk dünyasının ortaq mədəni irsinə həsr olunan mərasim İstanbul Zorlu Sənət Mərkəzində baş tutub. Sərginin ekspozisiyasına Türk dövlətlərindən olan 16 rəssamın əsəri qoyulub.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalının himayəsi, MHP başqan yardımçısı, professor İlyas Topsakalın rəhbərliyi ilə fəaliyyət göstərən Çingiz Aytmatov İnstitutu Türk mədəniyyəti ilə bağlı önəmli layihələr həyata keçirməkdədir. Tədbiri açan professor İlyas Topsakal mərasimə qatılanlara bu haqda bilgi verib.
MHP başqanının yardımçısı professor Mevlüt Karakaya, TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycanın xalq rəssamı Sakit Məmmədov sərginin çağdaş Türk rəssamlığının inkişafı üçün önəmindən danışıblar.
Çıxışlarda Çingiz Aytmatovun əsərlərinin Türk millətinin ortaq yaddaşındakı yeri və Ortaq Türk Əlifbasının mədəni birliyin güclənməsindəki yerindən də bəhs edilib.
Daha sonra Türk Dünyası Rəssamlar Akademiyasının nişan təqdimatı mərasimi keçirilib, əsas və müxbir üzvlük nişanları sahiblərinə təqdim edilib.
Sərgi 9 noyabradək davam edəcək.
Посмотреть эту публикацию в Instagram

















































