Xəbər axtarın

Son axtarış nəticələri:

Ankarada qəzaya uğrayan təyyarədə Liviyanın Baş Qərargah rəisi və daha 8 nəfər olub - YENİLƏNİB-1

23.12.2025 23:23


Ankarada qəzaya uğrayan “Dassault Falcon 50” tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

 

***
23:01

Liviyanın Baş Qərargah rəisinin olduğu “Falcon-50” tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

 

***
22:54

Ankarada xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib.

Primeinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Təyyarədə Liviyanın Baş Qərargah rəisinin olduğu bildirilir.

Paylaş: