
Türkiyədə narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində tanınmış aktyor Doğukan Güngör saxlanılıb.
Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
O, İstanbul Respublika Baş Prokurorluğunun apardığı və indiyədək 36 nəfərin həbs edildiyi narkotik araşdırması əməliyyatı çərçivəsində nəzarətə alınıb.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, aktyor daha çox “Kızılcık Şerbeti” serialında “Fatih” obrazı ilə məşhurlaşıb.