Xəbər axtarın

Son axtarış nəticələri:

Macarıstanın xarici işlər naziri Rusiyaya gedib

09.12.2025 11:20

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfər edib.

Primeinfo.az xəbər verir ki, səfərdə məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edir.

Rusiya və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasları hər il Moskva və Budapeşt şəhərlərində növbə ilə keçirilir. Rusiya tərəfdən komissiyaya səhiyyə naziri Mixail Muraşko rəhbərlik edir.

Paylaş: