Xəbər axtarın

Son axtarış nəticələri:

Madaqaskar prezidenti ölkəni tərk etdi

14.10.2025 11:27

Madaqaskar Prezidenti Andri Rajoelina ölkəni tərk etdiyini təsdiqləyib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Röyters” prezidentin çıxışına istinadən məlumat yayıb.

O, şəxsi təhlükəsizliyi üçün belə addım atdığını bildirib.

Prezident harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, oktyabrın 11-də Madaqaskarın CAPSAT hərbi qüvvələri paytaxt Antananarivuya yeridilib. Hərbçilərlə hökumət qüvvələri arasında atışma baş verib. Daha sonra isə prezidentin paytaxtı tərk etdiyi xəbəri yayılıb.

Paylaş: