Xəbər axtarın

Son axtarış nəticələri:

Maduro Nyu-Yorka gətirilib - FOTO - VİDEO

04.01.2026 10:28

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.

Primeinfo.az-ın məlumatına görə, onun Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür. Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.

“NBC News”un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.

 

 

Paylaş: