
“Azərbaycanla aramızda sülh qurulub”.
Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən beynəlxalq forumda bildirib.
O qeyd edib ki, sülh Ermənistan və Azərbaycana öz suverenliyini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verəcək:
“Hər hansı bir münaqişə üçüncü ölkələrin öz maraqlarını güdməsi, münaqişə tərəflərinə təsirini gücləndirməsi üçün əlverişli zəmin yaradır. İndi biz qalan komponentlər üzərində işləyirik”.