Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir Əhmədli: “Bu, Türkiyənin böyük diplomatik qələbəsi idi” - VİDEO

01.12.2025 17:43


“ABŞ prezidenti Donald Trampın Ağ evdə Suriyanın Prezidenti Əhməd Əl Şaraanı qəbul etməsi Türkiyənin çox böyük diplomatik qələbəsi idi”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində tədqiqatçı-alim Nazir Əhmədli bildirib.

O, Türkiyə-İran münasibətlərini şərh edib.

“Əvvəlcə başına 10 milyon dollar pul mükafatı qoyulmuş, terrorçu kimi bütün dünyaya tanıdılmış Əhməd Əl Şaraanı sonradan Tramp kabinetində qəbul etdi, görüş keçirdi, televiziyalar ondan açıqlamalar aldı. Bu, Türkiyənin böyük diplomatik uğurlarının nəticəsi idi.

Təbii ki, Türkiyənin Suriyanı öz nüfuz dairəsinə çəkməsi bəzi qonşu dövlətlərin xoşuna gəlmədi. İran və Türkiyənin mənafelərinin ciddi şəkildə toqquşduğu əsas məsələlərdən biri elə Suriya idi. Ərdoğan Suriyanı təkcə Rusiyanın yox, həm də İranın əlindən aldı. Ona görə də bu cür barışmaz ziddiyyətlər meydana çıxdı”, – deyə, tədqiqatçı-alim vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı “Qırmızı masa”da:

Paylaş: