Xəbər axtarın

Son axtarış nəticələri:

"Neftçi" klubu 2500 manat cərimələnib

06.11.2025 12:59


AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib.

Primeinfo.az-a AFFA-dan verilən məlumata görə, buna Misli Premyer Liqasının X turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

“Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb.

Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

“Turan Tovuz” “Şamaxı” ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, “Sumqayıt” isə “Araz-Naxçıvan”la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.

Paylaş: