Xəbər axtarın

Son axtarış nəticələri:

“Neftçi” və “Turan Tovuz” heç-heçə etdi

28.11.2025 23:34

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

Primeinfo.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

“Kəpəz” “Zirə”ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda “Zirə” 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə “Neftçi” “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib – 0:0. “Turan Tovuz” ilk dövrədə səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.

Paylaş: