
Nobel Sülh Mükafatının laureatı məlum olub.
Primeinfo.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il üçün Nobel Sülh Mükafatı Venesuela müxalifətinin tanınmış simalarından olan Mariya Korina Maçadoya təqdim edilib.
O, bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.
Qeyd edilib ki, Mariya Korina Maçado Venesuela müxalifətini bir araya gətirib, cəmiyyətin hərbi rejimə qarşı demokratik mübarizəsini təşkil edib və ölkədə militarizasiyanın qarşısında qətiyyətli mövqe nümayiş etdirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın namizədliyi dəstəklənməyib.
