Xəbər axtarın

Son axtarış nəticələri:

Oqtay Qasımov: “Bu şəxslər ciddi şəkildə cəzalandırılmalıdırlar” – VİDEO

28.11.2025 16:16


“Azərbaycanda keçmiş SSRİ imperiyasının bayrağını qaldıran, onun simvollarını gəzdirən və bunu nümayişkaranə şəkildə təbliğat vasitəsinə çevirənlər ciddi şəkildə cəzalandırılmalıdırlar”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Onun sözlərinə görə, bu, birbaşa Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş hadisədir və həmin şəxslər qanun qarşısında cavab verməlidirlər:

“Qanunun ən sərt üzü onlara tətbiq olunmalıdır. Çünki bu şəxslər Vətənə xəyanətlə məşğuldurlar. Müstəqilliyini qazanmış bir ölkədə keçmiş müstəmləkə imperiyasının bayrağını qaldırırlar, onun xiffətini çəkirlər. İstəyən gedib Rusiyada yaşasın, o bayrağı orada istədiyi qədər qaldırsın. “Georgi lenti”ni də istəyən yaxasından assın, istəyən də, başına bağlasın”.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

Daha ətraflı “Qırmızı masa”da:

 

Paylaş: