
Macarıstanın Baş naziri Viktor Orban sabah Türkiyəyə rəsmi səfər edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat yayıb.
“Viktor Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti 8 dekabr 2025-ci ildə Türkiyəyə rəsmi səfər edəcək. Tərəflər arasında gücləndirilmiş strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin bütün istiqamətlər üzrə müzakirə ediləcək. İkitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılacaq”, – o bildirib.
Səfər çərçivəsində, həmçinin iki ölkə münasibətlərinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə müxtəlif sənədlərin imzalanması planlaşdırılır.