Xəbər axtarın

Son axtarış nəticələri:

Övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb

17.11.2025 13:34


Bu il ərzində Azərbaycanda 12 subay şəxs övladlığa uşaq götürüb.

Primeinfo.az bu barədə Sosial Xidmətlər Agentliyinə istinadən bildirir.

Övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verildiyi 2019-cu ildən bu günədək 802 uşaq övladlığa verilib:

“Müvafiq qanunvericiliyə əsasən, övladlığa götürən şəxsin yaşı nikahda olanlar üçün ən azı 25, nikahda olmayanlar üçün isə 30-dan yuxarı olmalıdır. Bu tələblərə uyğun olaraq, ötən dövrdə ümumilikdə 74 subay şəxs uşaq övladlığa götürüb”.

Həmçinin qeyd edilib ki, Agentlik valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş sahəsində ardıcıl tədbirlər həyata keçirir:

“Məqsəd uşaqların müəssisə mühitindən çıxarılaraq ailə şəraitində böyüməsinə, emosional və sosial inkişafının təmin edilməsinə şərait yaratmaqdır. Uşaqların övladlığa götürülməsinin, himayədar ailələrə verilməsinin və bioloji ailələrinə reinteqrasiyasının təşviqi prioritet istiqamətlərdəndir”.

Paylaş: