Zəfərə aparan yol: Vətən müharibəsinin dördüncü günü
30 sentyabr 2020-ci il - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin dördüncü günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Həmin gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşür və düşmənə haqq davamızının məntiqi nəticə ilə yekunlaşacağının mesajını verir: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq.