Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistan Senatının sədri: "İlham Əliyevin sayəsində Azərbaycanda milli birlik formalaşıb"

29.10.2025 12:38

 

“Hazırda mürəkkəb çağırışların mövcud olduğu bir dünyada yaşayırıq. Məhz Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayaraq, təməl funksiyasını yerinə yetirir”.

Primeinfo.az xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanla bağlı fikirlərini bölüşüb:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda konstitusiyalı milli birlik, kimlik və sadiqlik formalaşıb. Prezident İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi onun öz dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bu gün suverenlik müxtəlif sınaqlarla üz-üzədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə sadiq qalaq”, – deyə Senatın sədri əlavə edib.

Pakistan senatı vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə 3 dövlət, 1 millətdir.

Paylaş: