Xəbər axtarın

Son axtarış nəticələri:

Paragüllə atıcımız Dünya Kubokunda bürünc medal qazandı

30.10.2025 16:45

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

Primeinfo.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Qeyd edək ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

 

Paylaş: