Xəbər axtarın

Son axtarış nəticələri:

Paşa Həsənli: Belə bərbad idarəçilik tarixdə görünməyib - VİDEO

02.10.2025 16:28

 

 

“Azərbaycanda bu qədər imkanlarla yanaşı, əhalinin gəlirləri həm Ermənistandan, həm də Gürcüstandan necə aşağı ola bilər?”

Primeinfo.az xəbər verir ki, bunu tarixçi Paşa Həsənli Prime TV-nin efirində yayımlanan “Milli fikir” verilişində deyib.

O, son illərdə təkcə ərzaq məhsullarında və ictimai nəqliyyatda deyil, bütün sahələrdə bahalaşmanın baş verdiyinə diqqət çəkib. Tarixçi bunu iqtisadiyyatın səriştəsiz idarəçiliyi ilə əlaqələndirir və hesab edir ki, belə bərbad idarəçilik tarixdə görünməyib:

“Biz hər zaman deyirik ki, Azərbaycan Qafqazın ən qüdrətli ölkəsidir. İstər iqtisadi, istərsə də ehtiyatlar, əhalinin qabiliyyəti baxımından Ermənistandan da, Gürcüstandan da qat-qat üstündür. Bəs onda necə ola bilər ki, Azərbaycanda insanların dolanışığı onlardan aşağıdır?!”

Paylaş: