Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan: "Taxılın Azərbaycan üzərindən Ermənistana gətirilməsi tarixi hadisədir"

06.11.2025 13:37


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstandan keçməklə ölkəsinə gəlməsinə münasibət bildirib.

Primeinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bunu mühüm və tarixi hadisə adlandırıb:

“Əvvəlcədən planlaşdırılmışdı ki, taxıl daşıyan ilk qatar Qazaxıstandan gələcək, amma sonradan məlum oldu ki, Azərbaycan bu imkanı Rusiyadan gələn yüklər üçün də yaradır”.

N.Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın Marqaradan Kornidzora, o cümlədən Azərbaycandan Türkiyəyə və əks istiqamətə də yük qatarlarının tranzitini təmin etməyə hazırdır.

 

Paylaş: